İQTİSADİYYAT


İnformasiya texnologiyaları sektoru üzrə bankların üzləşdiyi məsələlər müzakirə edilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) informasiya texnologiyaları üzrə ekspert qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, iclas çərçivəsində ekspert qrupunun fəaliyyət istiqamətləri, informasiya texnologiyaları sektoru üzrə bankların üzləşdiyi məsələlər müzakirə edilib, həll yolları ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nümayəndəsindən əlaqədar məsələlərlə bağlı MBNP-nin mövqeyi öyrənilib.

Sonda Belarusun "ScienceSoft" şirkəti tərəfindən bank nümayəndələrini maraqlandıra bilən yeni məhsulun təqdimatı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.