ELM VƏ TƏHSİL


İnformasiya texnologiyaları üzrə mütəxəssislər Rusiyada toplaşacaqlar

Bakı, 8 fevral, AZƏRTAC 

Fevralın 17-də Rusiyanın Novosibirsk şəhərində “İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda 34-cü beynəlxalq elmi-praktik konfransı keçiriləcək.

AZƏRTAC www.ict.az  saytına istinadla xəbər verir ki, konfransda dünyanın müxtəlif ölkələrində müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislər, o cümlədən müəllim və tələbələr iştirak edəcəklər. Tədbirdə sistemli analiz, idarəetmə və informasiyanın emalı, sosial və iqtisadi sistemlərdə idarəetmə, təhsildə informasiya texnologiyaları, habelə informasiya texnologiyaları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.