ELM VƏ TƏHSİL
İnformasiya və biliklər iqtisadiyyatının formalaşması problemləri araşdırılır
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda informasiya və biliklər iqtisadiyyatının formalaşması problemləri araşdırılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə informasiya və biliklər iqtisadiyyatı beynəlxalq səviyyədə təhlil edilib, texnoparkların yaradılmasının və fəaliyyətinin təşkilinin metodoloji və elmi-nəzəri əsasları işlənib. Elmi-tədqiqat fəaliyyəti çərçivəsində “yaşıl” iqtisadiyyata keçid və onun formalaşma səviyyəsini xarakterizə edən göstəricilər və indekslər sistemləri araşdırılır, eləcə də texnoparkların yaradılması və idarə olunması üzrə kompleks problemlərin təhlili aparılır. Hazırda texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə makrogöstəricilər və subindekslər sisteminin işlənilməsi istiqamətində işlər davam etdirilir.