ELM VƏ TƏHSİL


İnformatika fənni üzrə doktorluq imtahanları verənlərin 65 faizi qadınlardır

Bakı,18 iyul, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanlarda 285-i doktorant, 371-i dissertant olmaqla 656 nəfər iştirak edib. Onların 19 faizi fizika-riyaziyyat və texnika elmləri, 18 faizi kimya, biologiya və tibb elmləri, 8 faizi yer, kənd təsərrüfatı və coğrafiya elmləri, 55 faizi isə ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə ixtisaslaşan doktorant və dissertantlardır.

İmtahanlarda iştirak etmiş tədqiqatçıların 113 nəfəri AMEA-nın, 543 nəfəri isə digər elm və təhsil müəssisələrinin doktorant və dissertantlarıdır. İmtahan verənlərin 35 faizi kişilər, 65 faizi isə qadınlardır.

Bu ilin fevral ayından imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır və nəticələr imtahan başa çatan kimi məlum olur. İmtahan prosesinə TİM-də quraşdırılmış videomüşahidə sistemi vasitəsilə nəzarət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.