ELM VƏ TƏHSİL


İnformatika müəllimləri üçün yeni imkan

Bakı, 5 iyul, AZƏRTAC

Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində informatika müəllimləri üçün mentorluq xidməti təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, ilk növbədə, paytaxt məktəblərində informatika fənnini tədris edən müəllimlərə mentorluq xidməti göstərəcək könüllülər qrupu müəyyənləşdirilib və onlar üçün “Alqoritmləşmə və proqramlaşdırmaya giriş” mövzusunda seminar keçirilib. Müzakirələr TDM-in metodisti Abdulla Qəhrəmanov tərəfindən aparılıb.

Seminarın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyalarla tanış olmalarına və dərsləri daha peşəkar təşkil etmələrinə kömək göstərməkdən ibarətdir.

Məşğələlər beş gün davam edib.

İnformatika müəllimləri üçün oxşar seminarların növbəti aylarda da təşkil edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.