ELM VƏ TƏHSİL
İnformatika üzrə yeni test tapşırığı modelləri təqdim edilib
Bakı, 25 noyabr, AZƏRTAC
İnformatika üzrə elmi-metodik seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda xarici ölkələrdə müxtəlif sahələrdə istifadə olunan, magistraturaya və müxtəlif orqanlara işə qəbul imtahanlarında istifadəsi məqbul sayılan yeni test tapşırığı modelləri təqdim edilib.
Müzakirə zamanı “Windows 7” əməliyyat sistemi və “Office 2010” tətbiqi proqramlarına həsr edilən yeni tipli test tapşırıqları böyük maraq doğurub.
Dekabrın 1-də keçiriləcək növbəti seminarda 2016-cı ildə “Magistr” jurnalının ikinci nömrəsində dərc ediləcək informatika üzrə test tapşırığı nümunələrinin müzakirəsi və seçimi aparılacaq.