ELM VƏ TƏHSİL
İngilis dili fənni üzrə qəbul imtahanları üçün proqram təsdiq olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ingilis dili fənni üzrə seminarda 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın təsdiqi və bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları elmi-metodiki baxımdan müzakirə olunub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqram redaktə xarakterli düzəlişlər edilməklə təsdiq olunub. Eyni zamanda, müzakirəsi aparılmış 14 test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, çətinlik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Çıxış edən müəllimlər və mütəxəssislər fikirlərini bildirib, təkliflər verilib.
Oktyabrın 19-da keçiriləcək seminarda test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.