ELM VƏ TƏHSİL


İngilis dili kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar verilib

Bakı, 18 mart, AZƏRTAC 

SABIS® məktəblər şəbəkəsinin Bakıda - Xəyal Adasındakı SABIS® SUN Beynəlxalq Məktəbi tərəfindən təşkil olunan, Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən dəstəklənən ingilis dili kursunu müvəffəqiyyətlə bitirən bir qrup yerli müəllimə martın 18-də sertifikatlar təqdim edilib.

Məktəbdən AZƏRTAC-a bildirilib ki, kurs ödənişsiz olaraq bir qrup yerli ingilis dili müəlliminin dil biliklərinin daha da təkmilləşdirilməsi üçün təşkil edilib. Bütün təlim və tədris prosesi SABIS® SUN məktəbində, məktəbin tədris imkanlarından istifadə olunmaqla əcnəbi ingilis dili müəllimi tərəfindən keçirilib.

SABIS® SUN tərəfindən növbəti kurs apreldə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.