CƏMİYYƏT


İngilis dili üzrə üçüncü Bakı olimpiadası keçiriləcək

Bakı, 19 dekabr, AZƏRTAC

Gələn ilin aprel-may aylarında ingilis dili üzrə üçüncü Bakı olimpiadası keçiriləcək. Olimpiada Azərbaycanın özəl və dövlət universitetlərində və kolleclərində bakalavr pilləsində təhsil alan tələbələr üçün təşkil olunur.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, olimpiadanın keçirilməsində məqsəd azərbaycanlı gənclərin ingilis dilinə marağının artırılması, onların dil biliklərinin yoxlanılmasıdır.

Olimpiada dörd mərhələdə yazılı və şifahi formada aparılacaq. Birinci mərhələdə 100 sualdan ibarət test imtahanı keçiriləcək. Növbəti mərhələlərdə isə iştirakçıların oxuma, dinləmə və danışma bacarıqları yoxlanılacaq. Qaliblər qiymətli hədiyyələrlə təltif ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.