DÜNYA
İngiltərə Bankı pulların hazırlanmasında heyvan yağlarının komponentlərindən istifadəni davam etdirəcək
Bakı, 11 avqust, AZƏRTAC
İngiltərə Bankı vegetarianların etirazlarına baxmayaraq heyvan piyi ilə əsginaslar buraxmağı davam etdirəcək.
AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, İngiltərə Bankı belə pulların buraxılması üçün 46 milyon funt (cari məzənnə üzrə 3,6 milyard rubl) xərcləyib. Bank bildirir ki, polimerin tərkibində dəyişiklik olmayacaq. Pulların istehsalında tərkibində 0,05 faizdən az heyvan mənşəli məhsullar olan polimerdən istifadə olunur.
Qeyd edilib ki, alternativ məhsul palma yağı ola bilərdi. Ancaq bu, növbəti 10 il ərzində 16,5 milyon funt (1,3 milyard rubl) əlavə xərclərə, eləcə də ekologiyaya mənfi təsirə gətirib çıxaracaq.
Qeyd edək ki, plastik funt istehsalı vegetarianları və heyvanları müdafiə edənlərin etirazlarına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]