DÜNYA


İngiltərə Bankının sabiq baş icraçı direktoru: Britaniya “Brexit” danışıqlarında ehtiyatlı olmalıdır

London, 6 avqust, AZƏRTAC 

İngiltərə Bankının (Bank of England) sabiq baş icraçı direktoru Mervin Kinq Britaniyanın “Brexit” danışıqlarında son dərəcədə ehtiyatlı olmağının, mümkün qədər də kompromisə getməyinin vacib olduğunu deyib.

Onun sözlərinə görə, Britaniya hökuməti Brüsselə göstərməlidir ki, əgər heç bir razılaşma əldə edilməsə belə onun alternativi mövcuddur. Təbii ki, razılaşma əldə edilmədən “Brexit”-in baş tutmağı Birləşmiş Krallıq kimi Avropa İttifaqına da sərf etmir.

“Brexit” danışıqlarının birinci mərhələsinin sona yetməsinə baxmayaraq, heç bir razılaşma əldə edilməyib. Düşünürəm ki, kompromisə getmədən bu mümkün olmayacaq” - deyə M.Kinq qeyd edib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.