İDMAN


İngiltərə Premyer Liqası: “Çelsi”nin 13 oyunluq qələbə seriyasına son qoyulub

A+ A

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 5-də İngiltərə Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, turun son görüşündə Londonun iki təmsilçisi - “Tottenhem” ilə “Çelsi” qarşılaşıb. Oynadığı son 13 matçda qələbə qazanan Antonio Kontenin yetirmələri bu uğurlu seriyanın davamını gətirə bilməyiblər. “Tottenhem”in gənc yarımmüdafiəçisi Dele Alli matçda dubl edərək komandasına 2:0 hesablı qələbə qazandırıb.

Məğlubiyyətə baxmayaraq, “Çelsi” klubu 49 xalla liderliyini davam etdirir. Onu ikinci pillədə qərarlaşan “Liverpul”dan 5 xal ayırır. “Tottenhem” isə bu qələbə sayəsində turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.