İDMAN


İngiltərə Premyer Liqasında növbəti mövsüm mübarizə aparacaq sonuncu komanda müəyyənləşib

Bakı, 30 may, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti mövsüm mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Çempionşipin pley-off oyununda “Haddersfild” və “Ridinq” komandaları qarşılaşıblar. Əsas vaxtı qolsuz bərabərliklə nəticələnən matçın penaltilər seriyasında 4:3 hesabı ilə rəqibini məğlub edən “Haddersfild” elitaya vəsiqə qazanan sonuncu komanda olub.

Bununla da, komanda 45 ildən sonra ilk dəfə yüksək liqada çıxış edəcək.

Xatırladaq ki, bundan əvvəl “Nyukasl” və “Brayton” Premyer Liqada oynamaq hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.