İDMAN


İngiltərə çempionu növbəti transferini reallaşdırıb

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

“Lester” futbol klubu növbəti transferini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, İngiltərə çempionu “Krakoviya”nın üzvü Bartoş Kapustkanı heyətinə qatıb. Polşa klubu bu keçiddən 7,5 milyon funt qazanacaq. Halbuki “Lester” daha əvvəl 19 yaşlı futbolçuya görə 5,25 milyon ödəmək istəyirdi. Lakin Kapustkanın Avropa çempionatında özünü yaxşı tərəfdən göstərməsi dəyərinin artmasına səbəb olub.

Qeyd edək ki, gənc yarımmüdafiəçi son mövsüm “Krakoviya”nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.