DÜNYA


İngiltərə dövləti kraliça I Elizabetanın məşhur portretini satın alıb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Birləşmiş Krallığın ən məşhur rəsm əsərlərindən olan kraliça I Elizabetanın portreti artıq Britaniya dövlətinə məxsusdur.

AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, İngiltərə donanmasının 1588-ci ildə məğlubedilməz ispan Armadası üzərindəki tarixi qələbəsinə sevinən kraliçanın əks olunduğu rəsm əsəri 13,5 milyon dollara Tirit-Dreyk ailəsindən satın alınıb. Bu ailə məğlubedilməz Armada üzərində qələbədə böyük pay sahibi olmuş keçmiş dəniz qulduru və vitse-admiral ser Frensis Dreykin uzaq qohumlarıdır. Ailə rəsm əsərini hərraca çıxartmaq istəsə də, İngiltərədə Dirçəliş (renessans) dövrünə aid olan və ölkə üçün böyük maddi və mənəvi dəyərə malik olan portretin ianələr sayəsində alınmasına qərar verilib.

Ekspertlərin rəyinə görə, kürən saçlı kraliçanın portreti İngiltərə renessansının ən gözəl nümunələrindən biri sayılır. Kraliçanın bu obrazı bir çox tarix kitablarında, bədii filmlərdə və teatr tamaşalarında geniş istifadə olunur.

Portret oktyabrın 11-dən etibarən Qrinviç şəhərindəki Kvins-hausda (Queen`s-house) sərgilənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.