DÜNYA


İngiltərə iş adamları korporativ verginin azaldılmasının tərəfdarıdır

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

İngiltərənin biznes dairələrini təmsil edənlərin 71 faizinin rəyi belədir ki, korporativ verginin dərəcəsi 17-20 faiz səviyyəsində qalmalıdır. Onların fikrincə, vergi dərəcəsinin azaldılmasının təsiri məhdud olacaq.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, İngiltərə biznes dairələrinin rəyi Böyük Britaniyanın keçmiş xəzinə kansleri Corc Ozbornun korporativ vergi dərəcəsini 15 faizədək azaltmaq təklifinin ardınca səsləndirilib.

Xatırladaq ki, C.Ozborn vəzifədə olarkən bu vergini 28 faizdən 20 faizədək azaltmışdı və 2020-ci ilə qədər G20 ölkələri arasında ən aşağı göstəriciyə - 17 faizədək azaltmağı vəd etmişdi.

Müqayisə üçün bildirək ki, korporativ verginin dərəcəsi ABŞ-da 40 faiz, Almaniyada 29,9 faiz, Yaponiyada 32,3 faiz, Fransada isə 33,3 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.