İDMAN
İngiltərə millisi futbol üzrə U-20 dünya çempionatının qalibi olub
Bakı, 11 iyun, AZƏRTAC
Koreya Respublikasında keçirilən futbol üzrə U-20 dünya çempionatının qalibi İngiltərə millisi olub.
AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, ingilislər final matçında Venesuela yığmasına minimal hesabla qalib gəliblər – 1:0. Oyunun taleyini həll edən qolu 35-ci dəqiqədə Dominik Kalvert-Levin vurub. Venesuelalılar matçın 74-cü dəqiqəsində hesabı bərabərləşdirmək üçün gözəl imkandan – 11 metrlik cərimə zərbəsindən yararlana bilməyiblər.
Çempionatda üçüncü yer uğrunda İtaliya və Uruqvay milliləri arasında görüşün əsas vaxtında hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasında 4:1 hesabı ilə qalib gələn İtaliya futbolçuları bürünc medallara layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]