İDMAN


İngiltərə yığmasının baş məşqçisi korrupsiya səbəbi ilə millidən kənarlaşdırılıb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Korrupsiyada adı hallanan futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Sem Ellerdays təyinatından 67 gün sonra millidən kənarlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, rüşvət qalmaqalında adı hallanan mütəxəssislə İngiltərə Futbol Assosiasiyası müqaviləni qarşılıqlı şəkildə pozmağa qərar verib.

Məlum olub ki, Ellerdaysı korrupsiya halında “The Daily Telegraph” nəşri günahlandırıb. Nəşrin əməkdaşları özlərini asiyalı biznesmen kimi qələmə verərək baş məşqçiyə İngiltərə transfer bazarında fırıldaqla pul qazanmaq istədiklərini bildiriblər. Məşqçi ilə danışıq kameraların yaddaşına köçürülüb.

61 yaşlı mütəxəssis 518 min dollar qarşılığında onlara kömək etməyə razılıq verib. O, bu yolla İngiltərə Futbol Assosiasiyasının üçüncü şəxslərə idmançıların iqtisadi hüquqlarına sahib olması ilə bağlı qadağadan yan keçməsinə yardımçı olmalı idi. Görüş zamanı Ellerdays yığmadakı sələfi Roy Hocsonu və eləcə də futbol assosiasiyasını tənqid edib.

İstənilən halda, İngiltərə millisini növbəti dörd oyuna Qaret Sautqeyt çıxaracaq. Əvəzedici məşqçi Malta, Şotlandiya, Sloveniya və İspaniya ilə görüşlərdə baş məşqçi vəzifəsini icra edəcək. Bu müddətdə assosiasiya yeni çalışdırıcı axtarışını yekunlaşdıracaq. İlkin olaraq bu posta gətiriləcək iki namizədin - italiyalı Roberto Mançini və fransalı Loran Blandın adı çəkilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.