DÜNYA


İngiltərədə ilk dəfə ev alanlara dövlət maliyyə yardımı göstərəcək

London, 4 yanvar, AZƏRTAC 

Bu il İngiltərənin bəzi bölgələrində ilk dəfə ev almaq istəyənlərə dövlət yardımı göstəriləcək.

“Başlanğıc evləri ərazi fondu” layihəsi çərçivəsində 23-40 yaş arasında olan və ilk dəfə ev almaq istəyən vətəndaşlara 20 faizə qədər güzəşt olunacaq. Maliyyə yardımı yalnız müəyyən miqdarda qiyməti olan evlərə şamil ediləcək.

Layihəyə hələlik İngiltərənin yalnız bir neçə bələdiyyəsi razılıq verib. Buna baxmayaraq, Britaniyada hər kəsin öz evinin olmasına kömək göstərmək məqsədilə layihənin genişləndirilməsi planlaşdırılıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.