DÜNYA


İngiltərənin büdcə kəsiri rekord səviyyəyə çatıb

A+ A

Bakı, 22 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Sentyabr ayında İngiltərənin büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 14,5 faiz artaraq 10,6 milyard funt-sterlinq səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərə Milli Statistika Ofisindən (ONS) edilən şərhdə deyilir.

Məlumata görə, sentyabr ayında büdcə kəsiri aylıq göstəricidə son 2 ilin ən yüksək səviyyəsinə çatıb.

İngiltərənin maliyyə naziri Filip Hammond deyib: “2010-cu ildən indiyədək büdcə kəsiri az qala üçdə iki nisbətində azalıb. Lakin hazırda dövlət borcu və büdcə kəsirimiz çoxdur”.

Sentyabr ayında İngiltərənin dövlət gəlirləri 2,6 faiz, xərcləri isə 3,5 faiz artıb. Ötən ay İngiltərədə vergi gəlirləri 2008-ci ildən indiyədək ilk dəfə aylıq göstəricidə 8,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.