CƏMİYYƏT


İnkişaf etmiş və fəsadlaşmış keratokonusun yeganə  cərrahi müalicəsi buynuz qişanın transplantasiyasıdır

Bakı, 14 iyul, AZƏRTAC 

Göz xəstəliyi olan keratokonus buynuz qişanın qeyri-iltihabi proqressivləşən nazilməsi ilə səciyyələnir. Xəstəliyin təbii gedişatı əsasında keratokonus 4 mərhələyə bölünür. Bunlar klinika önü, erkən klinik, inkişaf etmiş mərhələ və fəsadlarla olan mərhələlərdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, inkişaf etmiş mərhələdə keratokonus həmin nahiyədə və ətrafdakı buynuz qişa sahəsində əhəmiyyətli dərəcədə lokallaşmış stromanın nazilməsi ilə əlaqədar sərt konik qabarıqla səciyyələnir. Bu mərhələdə eynək korreksiyası qeyri-qənaətbəxş olur və ya irrequlyar astiqmatizm və yüksək dərəcəli miopiyaya görə mümkünsüzdür. Həmçinin kontakt korreksiyası da buynuz qişanın irrequlyar səthində linzanın pis adaptasiyası səbəbindən mümkün deyil.

Keratokonusun son mərhələsində ardınca gələn buynuz qişanın kəskin ödemi, eləcə də buynuz qişanın mümkün perforasiyası ilə dessemet membranın qopması kimi fəsadlar müşahidə edilir. Baxmayaraq ki, halların çoxunda buynuz qişanın kəskin ödemindən sonra çapıq əmələ gəlir. Beləliklə, inkişaf etmiş və fəsadlaşmış keratokonus mərhələləri ilə pasiyentlərdə buynuz qişanın transplantasiyası yeganə mümkün olan cərrahi müalicə üsuludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.