REGİONLAR


İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi uşaqları sevindirib

Ağcabədi, 2 iyun, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün bayram şənliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Qafarova tədbirdə çıxış edərək, uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə olunması, hüquqlarının qorunması, sağlam böyümələri, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması, problemlərinin həlli hər zaman diqqət mərkəzindədir.

Tədbirdə digər çıxış edənlər uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklərlə davam edən bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.