İDMAN


İnna Osipenko-Radomskaya: 500 metr məsafəyə yürüşdə uğurlu nəticə əldə etmək üçün daha çox çalışacağam

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Olimpiada çox məsuliyyətli yarışdır. Belə yarışlara bütün həyatımız boyu hazırlaşırıq. Olimpiya Oyunlarına vəsiqə qazanıb start xəttinə çıxmağın özü bir nailiyyətdir. Finişə çatıb medal qazandıqda isə insan inanılmaz hisslər keçirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Rio-2016”da 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündə bürünc medal qazanan Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı bildirib.

O deyib: “Olimpiadanın fəxri kürsüsündə biz hamımız qalibik. Ona görə qalibik ki, yarışlarda çox idmançı iştirak edir, amma hər kəs Olimpiadaya vəsiqə qazana bilmir. Olimpiadada iştirak etməyin özü bir zirvədir. Qazandığım medaldan razıyam. İki yüz metr məsafəyə yürüşdə bürünc medal çox yaxşı nəticədir. Bu yarış çox sürətli və qısa məsafədir. Burada bəxt amili də böyük rol oynayır. Bu gün yalnız avarçəkmə növlərində deyil, Olimpiadada ilk medalı qazandığım üçün çox sevincliyəm. Əməyim mükafatsız qalmadı. Qarşıda 500 metr məsafəyə yürüş də var. Mən 500 metr məsafəyə yürüşdə daha çox mübarizə aparacağam. Nəticənin necə olacağını isə zaman göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.