ELM VƏ TEXNOLOGİYA


İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması üzrə silsilə seminarlar təşkil olunacaq

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin innovasiya şöbəsinin təşəbbüsü, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası, müəllif hüquqları və patent şöbəsinin birgə təşkilatçılığı ilə silsilə seminarlar keçiriləcək.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında noyabrın 8, 18 və 22-də təşkil olunacaq seminarların məqsədi innovasiya fəaliyyətinin, elm-istehsalat əlaqələrinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi, həmçinin AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələrlə tanışlıqdır.

Tədbirə akademiyanın bölmələri üzrə müvafiq institutların elmi katibləri, elmi işlər üzrə müavinləri, gənc alim və mütəxəssislər, elmi-tədqiqat və innovasiya sahəsində çalışan mütəxəssislər, AMEA-nın Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərən layihə müəllifləri, eləcə də beynəlxalq proqramlarda iştirak edən milli əlaqələndiricilər və magistrlər qatılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.