ELM VƏ TƏHSİL


İnnovasiya yeniliklərinin həyata keçirilməsində  alimlərimizin potensialından istifadə olunmalıdır

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycanda innovasiya proseslərinin qeyri-neft sektorunda, xüsusilə aqrar sahədə həyata keçirilməsinə daha çox ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfransda bildirib.

ASK-nın prezidenti qeyd edib ki, innovasiya yeniliklərinin həyata keçirilməsi, yeni qaydaların və üsulların mütərəqqi texnologiyaların tətbiqi, yeni məhsulların istehsalıdır. İqtisadi islahatların həyata keçirilməsində, bu yeniliklərdən istifadə olunmasında məhz alimlərimizin potensialından istifadəyə böyük ehtiyac var.

M.Musayev deyib: "Elmin biznesə tətbiqini olduqca əhəmiyyətli hesab edirik. Ötən il bizimlə əməkdaşlıq edən şirkətə toxum əkilməsi üçün Türkiyə, Yunanıstan və Almaniyadan müxtəlif şirkətlər müraciət edib. Bizim alimlərin də bu cür təcrübə aparmaları çox yaxşı olardı".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.