Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını respublikanızın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan iqtisadiyyatın, sosial sahənin, mədəniyyətin və təhsilin təşəkkülündə və möhkəmlənməsində böyük və ləyaqətli yol keçib. Bugünkü Azərbaycan gərgin və ilhamlı əməyin, nəcib ideyaların, planların və niyyətlərin təcəssümüdür. Sizin gözəl diyarınıza daha böyük iqtisadi firavanlıq, mənəviyyatın və mədəniyyətin inkişafında olan xeyirxah ənənələri qoruyub saxlamağı və artırmağı arzu edirəm.

Qoy hər bir evdə səadət və firavanlıq, hər bir ailədə cansağlığı və bolluq olsun!

Sizə doğma respublikanız naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

Yunusbek Yevkurov

İnquş Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin