CƏMİYYƏT


İnşa yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun Dövlət Bayrağı Günü münasibətilə paytaxtın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirdiyi inşa yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Baş İdarənin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, bəstəkar Sevinc Tofiqqızı çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, müsabiqə Bakının 11 rayonu üzrə iki mərhələdə keçirilib. Məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişməsinin bariz nümunəsidir.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.