İQTİSADİYYAT


İnşaat sektorunda çalışanların əməkhaqqı 21,0 faiz artıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

2016-cı ilin sentyabrın 1-nə inşaat sektorunda işçilərin orta siyahı sayı 96,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sektorda orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,0 faiz artaraq 804,8 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərdə əməkhaqqı 25,9 faiz, binaların tikintisində 13,2 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqısı isə 6,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.