İQTİSADİYYAT


İnşaatda çalışan işçilərin əməkhaqqı 20,4 faiz artıb

Bakı, 26 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 96,2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq 809 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 25,3 faiz, binaların tikintisində əməkhaqqı 15,4 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı isə 1,2 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.