CƏMİYYƏT


“İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda maarifləndirici təlimlər keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında (2014-2018-ci illər) “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi” bəndinin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin aprelində Gömrük Akademiyasında və Bakı şəhərinin Səbail və Suraxanı rayonlarındakı ümumtəhsil müəssisələrində VIII-XI sinif şagirdlərinin iştirakı ilə “İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda maarifləndirici təlimlər keçirib.

AZƏRTAC xəbər verir ki, təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri və onunla mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, insan alverinin qarşısının alınması sahəsində görülən tədbirlər barədə şagirdlərə ətraflı məlumatlar çatdırılıb, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, alver qurbanlarının müdafiəsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə əlaqədar maarifləndirici məlumatlar verilib.

Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.