Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 694; 2013, № 5, maddə 458) aşağıdakı dəyişikliklər edilsin:

1. 20.1-ci maddəyə “tətbiq edilmir” sözlərindən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmur” sözləri əlavə edilsin.

2. 20.2-ci maddədə “Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma cinayət təqibi başa çatanadək tətbiq olunmur” sözləri “cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir” sözləri ilə əvəz edilsin.

3. 20.3-cü maddənin birinci cümləsinə “tətbiq olunmur” sözlərindən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir” sözləri əlavə edilsin.

4. 20.7-ci maddə ləğv edilsin.

5. 21.3-cü maddədə “etibarsız hesab edilir” sözləri “ləğv edilir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin