CƏMİYYƏT


İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Xaçmazda keçirilib

Bakı, 25 may, AZƏRTAC

İnsan Alverinə Qarşı QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbir mayın 25-də Xaçmaz Rayon Polis Şöbəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, Koalisiyanın və İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. M.Əmirhüseynova dövlətimizin başçısı İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın uğurla icra olunduğunu vurğulayıb. O, insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb.

Xaçmaz Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Rafiq Məmmədov, psixoloq Günay Kərimova çıxışlarında insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə müvafiq dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri, polis əməkdaşları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

İnsan alverinə qarşı mübarizəyə dair silsilə tədbirlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.