CƏMİYYƏT


İnsan alverinin qurbanı olan uşaqların dəstəklənməsi ilə bağlı təlim keçirilib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Avropa İttifaqının maliyyə dəstəyi ilə Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəz tərəfindən həyata keçirilən “İnsan alverinə və mütəşəkkil cinayətə qarşı mübarizə” layihəsi çərçivəsində iyulun 12-13-də Bakıda “İnsan alverinin qurbanları və potensial qurbanları olan uşaqlara dəstək göstərilməsi” mövzusunda təlim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, təlimin məqsədi insan alverinə qarşı mübarizə aparan qurumlar tərəfindən uşaq alveri qurbanlarının müəyyən edilməsi və dəstəklənməsi sahəsində daha yaxşı əlaqələndirmə işinin və əməkdaşlığın qurulmasıdır. Həmçinin zorakılığa məruz qalmış uşaqlarla psixoloji işin aparılmasının müzakirə edilməsidir.

Tədbirdə həssas, zorakılığa məruz qalmış və insan alverinin potensial qurbanları olan uşaqlarla işləyən şəxslər üçün nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri tədbirdə iştirak ediblər.

Təlim Azərbaycan Uşaqlar Birliyinin və Böyük Britaniyanın uşaq alverinə qarşı mübarizə məsələləri üzrə ekspertləri tərəfindən aparılıb.

“İnsan alverinə və mütəşəkkil cinayətə qarşı mübarizə” layihəsi çərçivəsində bu istiqamətdə silsilə tədbirlər təşkil olunur. Layihə Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Moldova, Pakistan və Türkiyədə insan alverinə qarşı mübarizə aparan qurumları daha səmərəli fəaliyyət göstərmək üçün zəruri bilik və bacarıqlarla təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.