ELM VƏ TEXNOLOGİYA


İnsan beynində “intuisiya mərkəzi” aşkarlanıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

ABŞ-ın Con Hopkins Universitetinin mütəxəssisləri apardıqları tədqiqatlar nəticəsində insan beynində “intuisiya mərkəzi”ni aşkar ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu, beynin görmə mərkəzində əmələ gələn, insanın hər hansı bir hərəkətinin planlaşdırılmasına cavabdehlik daşıyan “fikirləşmə prosesi”dir. Alimlər hesab edirlər ki, “intuisiya mərkəzi” real vaxtda insanlara doğru qərarlar verməyə kömək edir.

Mütəxəssislər kompyuter texnologiyalarının köməyi ilə də beynin hansı hissələrinin qıcıqlanmaya reaksiya verdiyini araşdırıblar. Bəlli olub ki, insanlar fiziki hərəkətlərin çoxluq təşkil etdiyi çarxlara baxdıqları zaman beyin daha da aktivləşir. Alınan nəticələr beynin hərəkət hissəsində əmələ gələn pozuntuların müalicəsində yararlı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.