ELM VƏ TƏHSİL


İnsan beyninin kompüterə qoşulması üçün interfeys işlənilir

Bakı, 29 mart. AZƏRTAC

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib. Onun təsis etdiyi “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır. Mühəndis simsiz neyrointerfeysi “neyron şəbəkə” (neural lace) adlandırır.

AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, şirkət beyinə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmsallaşdırmağa kömək edəcək.

Qeyd edək ki, “Neuralink” ilə yanaşı, “Kernel” şirkəti də insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşdırılması üçün implantasiya edilən qurğu hazırlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.