CƏMİYYƏT


İnsan fəaliyyətindən zərər çəkmiş heyvan növlərinin sayı açıqlanıb

Bakı, 14 fevral, AZƏRTAC 

Beynəlmiləl ekoloqlar kollektivi antropogen amilin həlledici rol oynadığı qlobal iqlim dəyişmələrindən daha çox zərər çəkmiş məməli heyvan və quş növlərinin sayını nəzərdən keçirib. AZƏRTAC “Lenta.ru” saytına istinadla xəbər verir ki, müvafiq tədqiqat barədə məlumat “Nature Climate Change” jurnalında dərc edilib.

Mütəxəssislər müəyyən ediblər ki, hazırda quruda yaşayan, uçmayan məməli heyvan növlərinin (nəsli kəsilməkdə olan 873 növdən) 47 faizinin və quşların (nəsli kəsilməkdə olan 1272 növdən) 23,4 faizinin artıq qlobal iqlim dəyişmələrindən zərər çəkdiyini hesab etməyə ciddi əsaslar var.

Bu heyvan növlərinin çoxu Avropada və Şimali Amerikada yaşayır. Ekoloqlar təhlil üçün yetərli məlumatı məhz həmin ərazilər üzrə toplayıblar.

Alimlər biomüxtəlifliyin azalması və qlobal istiləşmə arasında əlaqə haqqında mövcud ədəbiyyatın metaicmalını apararaq bu qənaətə gəliblər. Mütəxəssislər heyvanların müxtəlif xarakteristikaları (məsələn, bədənin kütləsi) və xarici amillər (məsələn, ətraf temperatur) arasındakı əlaqəni modelləşdirməklə həmin materialları tamamlayıblar.

Mütəxəssislər siyasətçiləri və iş adamlarını biomüxtəlifliyin problemlərinə diqqət yetirməyə və onun azalmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.