DÜNYA


İnsan kəlləsinin vibrasiyası onun eyniləşdirilməsində istifadə oluna bilər

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Almaniyanın bir neçə universitetində işləyən alimlər tərəfindən hazırlanmış kompyuter eynəyi istifadəçini onun kəlləsinin unikal vibrasiyasına görə müəyyənləşdirir. Yeni qurğu “SkullConduct” adlandırılıb.

AZƏRTAC “nat-geo.ru” saytına istinadən xəbər verir ki, “SkullConduct” qurğusunun iş prinsipi sümük toxumasının səsi keçirmə qabiliyyətinə əsaslanır; indi bu üsul eşitmə aparatlarının hazırlanmasında aktiv tətbiq edilir. Yeni qurğu kəllə vasitəsilə səsi ötürən daxili dinamikə malik xüsusi eynək formasındadır, mikrofon isə səs dalğalarının dəyişikliyini qeydə alır.

Hər bir insanda mövcud olan beyin dalğalarını saxtalaşdırmaq mümkün deyil. Hazırda alimlər istifadəçinin eyniləşdirilməsi üzrə 97 faiz dəqiqliyə nail olublar. Sistem “Google Glass” və virtual reallıq eynəyinə, gələcəkdə smartfonlara tətbiq edilə bilər. Bu, istənilən şəxsi hesaba təhlükəsiz və sürətli daxil olmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.