MƏDƏNİYYƏT
“İnsan ömrü” səhnələşdirilir
Bakı, 12 fevral, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrşünas Çingiz Ələsgərlinin “İnsan ömrü” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Ç.Ələsgərli AZƏRTAC-a eksklüziv olaraq bildirib ki, ilk dəfə səhnələşdirilən bu əsərin əsas ideyasını insan və onun hisləri təşkil edir. İnsan daima öz hislərindən qaçmağa çalışır. Bu əbədi bir mübarizədir. “İnsan ömrü” pyesində də bu məsələlər öz əksini tapıb.
Aprel ayında tamaşaçılara təqdim edilməsi nəzərdə tutulan bu tamaşanın rejissoru Samirə Hacıyevadır.
Səhnə əsərində əsas rolları Natiq Həziyev, Şəbnəm Cəbrayılova, Emin Sevdimalıyev, Solmaz Məmmədova və başqaları canlandıracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]