DÜNYA


İnsan sifəti plastik kartları əvəz edəcək

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq. Yaponiyanın Sumitomo Mitsui Financial Group (SMFG) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. 2017-ci il üçün planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə tərəfdaşları iştirak edəcək.

AZƏRTAC “psm7.com” saytına istinadən xəbər verir ki, müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.

Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər.

Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.