Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Inside Wirtschaft” portalının oxucuları Azərbaycan-Almaniya iqtisadi əlaqələri barədə məlumatlandırılıb VİDEO

“Inside Wirtschaft” portalının oxucuları Azərbaycan-Almaniya iqtisadi əlaqələri barədə məlumatlandırılıb VİDEO

Berlin, 13 iyun, AZƏRTAC

Almaniyanın “Inside Wirtschaft” xəbər portalı Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun videomüsahibəsini yayıb. Səfir müsahibədə Azərbaycan-Almaniya iqtisadi əlaqələrinə dair sualları cavablandırıb.

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişaf səviyyəsini dəyərləndirən R.Həsənov iki ölkə arasında bütün sahələrdə yaxşı münasibətlərin, o cümlədən ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu bildirib. Səfir qeyd edib ki, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən razı olsaq da, iki ölkə arasında bu əməkdaşlıq daha böyük potensiala malikdir.

Diplomat bildirib ki, 2016-cı ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi təxminən 2 milyard avro təşkil edib. Azərbaycan Almaniyaya neft və neft məhsulları ixrac edir və Almaniyanın xam neft idxalında 5-ci pillədədir. 2017-ci ilin ilk rübündə Almaniya Azərbaycanın 5-ci ən mühüm ticarət tərəfdaşı olub. Azərbaycan Almaniyanı özünün qeyri-neft məhsullarının ixracı üçün strateji bazar hesab edir və Azərbaycandan Almaniyaya müxtəlif kənd təsərrüfatı məhsulları ixrac olunur. Azərbaycan Almaniyadan əsasən dərman vasitələri, inşaat materialları, kimyəvi maddələr, yüksək texnologiyalı avadanlıqlar, eləcə də kənd təsərrüfatı məhsulları idxal edir.

Ötən ilin iyun ayında Berlində Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın vitse-kansleri və ozamankı iqtisadiyyat naziri Ziqmar Qabrielin iştirakı ilə keçirilmiş Azərbaycan-Almaniya İqtisadi Forumuna toxunan səfir bu tədbirin ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrində yeni mərhələ açdığını bildirib. R.Həsənov qeyd edib ki, Forumda hər iki ölkədən 300-dən artıq şirkət iştirak edib və bunun ardınca çoxsaylı qarşılıqlı səfərlər baş tutub. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Azərbaycan şirkətləri Almaniyada keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə fəal iştirak edirlər.

Azərbaycanın bir sıra transregional layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirən səfir cari ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Çin arasındakı daşımalar üçün ən qısa quru nəqliyyatı yolunun vacib tərkib hissəsi olacağını və bunun alman şirkətləri üçün də yeni imkanlar açacağını diqqətə çatdırıb.

“Cənub Qaz Dəhlizi” layihəsi barədə sualı cavablandıran R.Həsənov Azərbaycanın Avropa İttifaqı və Almaniyanın strateji və etibarlı enerji tərəfdaşı olduğunu qeyd edib. O deyib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçudur. 2020-ci ildə tam istifadəyə verilməsi gözlənilən Cənub Qaz Dəhlizi Avropa İttifaqı ölkələrinin enerji təchizatının diversifikasiyasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə müsbət töhfə verəcək.

Səfir vurğulayıb ki, ilkin dəyəri təxminən 45 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi” layihəsinin hər dörd komponenti üzrə işlər uğurla davam etməkdədir. Layihənin tərkib hissələri olan “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşaatı üzrə işlərin əksəriyyəti tamamlanıb. Təqribən 3500 kilometri əhatə edəcək Cənub Qaz Dəhlizi sayəsində Azərbaycanın təbii qazının İsveçrə vasitəsilə Almaniyaya da çatdırılması mümkün olacaq.

Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə verilmiş sualı cavablandıran diplomat Azərbaycanın hər zaman enerji ehtiyatlarından əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının digər sektorlarının inkişafına yatırdığını və bununla da ölkə iqtisadiyyatını daim şaxələndirdiyini vurğulayıb. R.Həsənov qeyd edib ki, ölkəmiz bir sıra iqtisadi islahatlar və tədbirlər həyata keçirir və bununla da neftin qiymətindəki dəyişkənliyin ölkə iqtisadiyyatına göstərə biləcəyi təsirləri neytrallaşdırmağa çalışır. Səfir əlavə edib ki, Azərbaycan iqtisadiyyatının dayanıqlılığını, o cümlədən iqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədilə ölkəmiz iqtisadiyyatın daha da liberallaşdırılması, biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ticarət və gömrük prosedurlarının asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində alman şirkətlərinin mümkün roluna toxunan səfir Almaniyanın zəngin iqtisadi təcrübəsinin və yüksək texnologiyalarının ölkəmiz üçün maraqlı olduğunu bildirib. O əlavə edib ki, ölkəmiz Almaniyanın rəqəmsallaşdırma, yüksək texnologiyalar və innovasiya sahələrindəki təcrübəsinin öyrənilməsi, eləcə də bu ölkədən elm, innovasiya və texnologiya tutumlu məhsullarının idxal edilməsinə həvəslə yanaşır.

Səfir diqqətə çatdırıb ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda sərmayələr üçün əlverişli mühit və alman şirkətlərinin investisiyaları üçün böyük imkanlar var. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində çoxlu regional layihələrin Azərbaycan ərazisindən keçdiyini nəzərə alaraq alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün böyük potensial mövcuddur. Son dövrlərdə Azərbaycanda rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük işlər görülüb və bu xüsusda, alman təcrübəsi Azərbaycan üçün mühümdür. Cari ilin ikinci yarısında İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumlarının keçirilməsi, həmin tədbirlərdə Azərbaycanın nəqliyyat və rəqəmsallaşdırma sahəsindəki imkanlarının nümayiş olunması nəzərdə tutulur ki, bu da şübhəsiz alman şirkətlərinin Azərbaycana maraq göstərmələri, eləcə də iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin yaradılması üçün yeni imkanlar açacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

“Inside Wirtschaft” portalının oxucuları Azərbaycan-Almaniya iqtisadi əlaqələri barədə məlumatlandırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb