DÜNYA


“Instagram” birgə canlı yayım funksiyasını sınaqdan keçirir

Bakı, 9 avqust, AZƏRTAC

“Instagram” sosial şəbəkəsi yeni - birgə canlı yayım funksiyasının sınaqdan keçirilməsi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, yeni funksiya heç bir çətinlik çəkmədən bir profilin canlı yayımına qonaq əlavə etməyə imkan yaradacaq, izləyicilər isə translyasiyaya əvvəlki kimi rəy yazıb və ya “Bəyənmək” düyməsini seçə biləcəklər.

Sosial şəbəkədə qeyd ediblər ki, canlı yayıma çıxmaq “hər bir insanın öz dostları və izləyiciləri ilə ünsiyyət saxlaması üçün maraqlı formatdır, lakin bütün dünya ilə təkbətək qaldıqda özünü inamsız hiss etmək qaçılmazdır”.

Qeyd olunur ki, hazırda bu funksiyadan məhdud sayda istifadəçi yararlana bilər, bir neçə aydan sonra isə funksiyadan daha çox istifadəçi yararlanacaq.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında “Instagram”da paylaşmalara yazılmış rəyləri “Bəyənmək” funksiyası işə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.