DÜNYA
“Instagram”ın auditoriyası 400 milyondan çoxdur
Bakı, 7 oktyabr, AZƏRTAC
Ötən 5 ildə “Instagram” istifadəçiləri xidmətə 40 milyarddan çox şəkil yükləyiblər.
AZƏRTAC “Instagram” in mətbuat xidmətinə istınadla xəbər verir ki, sosial xidmətin istifadəçiləri ayda 80 milyon şəkil yükləyir və gündəlik 3,5 milyard layk edirlər. “Instagram” ötən 5 ildə ən sürətlə inkişaf edən sosial xidmətlərdən birinə çevrilib, onun auditoriyası 400 milyondan çoxdur. İstifadəçilərin 75 faizindən çoxu isə ABŞ-dan kənarda yaşayır.
Amerikalı Kevin Sistrom və Mayk Kriqer tərəfindən yaradılan “Instagram” şəkil və videolarla mübadilə proqramıdır. 2010-cu ilin oktyabrında istifadəyə verilən xidmət artıq ilin sonunadək bir milyon istifadəçi cəlb edə bilib. 2012-ci ildə “Facebook” sosial şəbəkəsi “Instagram”ı satın alıb.