DÜNYA


“Instagram” sosial şəbəkəsində spama qarşı filtr tətbiq edilir

Bakı, 1 iyul, AZƏRTAC

“Instagram” sosial şəbəkəsində yeni istifadəyə verilmiş filtr dərcləri və birbaşa yayımda yazılmış şərhlərdəki spamı bloklayacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.

Filtr rus dili daxil olmaqla, 9 dili dəstəkləyir. “Instagram” nümayəndələrinin sözlərinə görə, yeni funksiya platformada təhlükəsiz və pozitiv atmosferi qoruyub saxlamağa imkan verəcək. Filtr kompüter təlimi texnologiyası sayəsində spamı müəyyənləşdirəcək.

Bundan başqa, “Instagram” artıq başqa filtr də elan edib. Bu filtr təhqiredici şərhlərin qarşısını almağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.