DÜNYA
“Instagram”da artıq bir postda 10-dək fotoşəkil və videoçarx dərc etmək mümkündür
Bakı, 23 fevral, AZƏRTAC
“Instagram” xidmətində istifadəyə verilmiş yeni funksiya bir postda 10-dək fotoşəkil və videoçarx dərc etməyə imkan verir. Bu haqda şirkətin bloqunda qeyd edilib.
AZƏRTAC “gazeta.ru” saytına istinadən xəbər verir ki, məlumata əsasən, yeni postu dərc etməyə hazırlaşarkən xüsusi ikonkaya sıxaraq 10-dək fotoşəkil və videoçarx seçmək mümkündür. Şəkilləri bir stildə və ya hər birini ayrı-ayrılıqda redaktə etmək mümkündür. “Instagram”, həmçinin fotoşəkil və videoçarxların ardıcıllıq qaydasını seçməyə imkan verəcək. Şəkillərin və videonun sayı dərcin alt hissəsində nöqtələrlə göstəriləcək.
“Instagram”ın mətbuat xidmətindən verilmiş məlumata görə, “Stories”dən fərqli olaraq (postlar 24 saatdan sonra silinir) bu postlar profildə saxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]