ELM VƏ TƏHSİL


İnstitutun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “Biomedical Statistics and Informatics” jurnalının redaksiya heyətinə üzvlük sertifikatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ş.Mahmudova bu yaxınlarda nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib. “Science Publishing Group” elmi bazasına daxil olan beynəlxalq dərgi fundamental elmlər və klinik tədqiqatlar sahəsində əməkdaşlığı təmin edir. Həmçinin statistik nəzəriyyə, metodologiya və biotibb informatikası sahəsində tibbi statistiklər, səhiyyə ekspertləri və hesablama biologiyası üzrə mütəxəssislər arasında əlaqələri genişləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.