DÜNYA
“Intel” şirkəti kredit kartı boyda mini-fərdi kompüter təqdim edib
Bakı, 10 yanvar, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş "CES-2017" beynəlxalq istehlak sərgisində “Intel” şirkəti kredit kartı boyda mini-fərdi kompüter təqdim edib. "Compute Card" adlı qeyri-adi mini-fərdi kompüter adi ev qurğularını “ağıllı” qurğulara çevirmək qabiliyyətinə malikdir.
AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, mini-kompüterin ölçülərinin 95x55x5 millimetr təşkil etməsinə baxmayaraq, bu yığcam korpusa birkristallı sistem, əməli və daimi yaddaş, həmçinin simsiz və kabel qoşulması üçün zəruri elementlər yerləşdirilib.
Şirkət hələ ki qurğunun dəqiq xüsusiyyətlərini açıqlamayıb. Yaradıcıların fikrincə, “Compute Card” ev qurğularının sadə yeniləməsində istifadə edilə bilər və bu da ev qurğularının “əşyalar interneti” texnologiyalarını dəstəkləməsinə imkan verəcək. Məsələn, mini-fərdi kompüteri soyuducu, videomüşahidə kameraları və başqa qurğularda istifadə etmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]