ELM VƏ TƏHSİL


İntellektual yarışmanın qalibləri mükafatlandırılıblar

Bakı, 16 may, AZƏRTAC

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bilik yarışması şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilib.

“Məktəblinin dostu” pilot layihəsinin tətbiq olunduğu təhsil müəssisələrində fevral-aprel aylarında intellektual oyunun məktəbdaxili mərhələsi keçirilib. Otuz məktəb arasında bu mərhələni uğurla keçən komandalar finalda iştirak hüququ qazanıblar.

NORM MMC-nin dəstəyi ilə “Badamdar Hotel Baku”da keçirilən final oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyasının sədri Balaş Qasımov komandalara uğurlar arzulayıb.

İntellektual oyunda uğur qazanan Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin komandası qalib elan edilib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Nərimanov rayonu T.Həsənov adına 57 nömrəli və Səbail rayonu 189-190 nömrəli tam orta məktəblərin komandaları tutub.

“Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev qalib komandaya kubok təqdim edib. Komandanın hər bir üzvünə smartfonlar hədiyyə olunub. Digər qaliblərə isə həvəsləndirici medal və sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.