İDMAN


“İnter” “AZAL”ı böyük hesabla məğlubiyyətə uğradıb

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “İnter” autsayder “AZAL”ı sınağa çəkib. Paytaxt derbisində sevinən tərəf meydan sahibləri olub–3:0.

“İnter”in heyətində 22-ci dəqiqədə Ruslan Abışov, 56-da İlkin Qırtımov və 65-də isə Slavik Alxasov fərqləniblər.

Beləliklə, “İnter” üçüncü pillədəki yerini möhkəmləndirib, “Təyyarəçilər” isə 4 xalla sonuncu yerdə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.