İDMAN
“İnter”-“Atletik Bilbao” oyununu niderlandlı hakimlər briqadası idarə edəcək
Bakı, 3 avqust, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İnter” (Bakı)-“Atletik Bilbao” (İspaniya) matçının hakimləri müəyyənləşib.
AZƏRTAC İspaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, görüşü niderlandlı referi Serdar Gozubuyuk idarə edəcək. Ona həmyerliləri Bas van Dongen, Patrick Langkamp kömək edəcəklər.
Qarşılaşma avqustun 6-da saat 21:00-da Bakıda, “Şəfa” stadionunda keçiriləcək.
Komandalar arasında İspaniyada təşkil olunan ilk oyunda “Atletik Bilbao” klubu 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Türkiyə əsilli FİFA referisi S.Gozubuyuk 2012-ci ildə Niderlandda ilin hakimi seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
- 29.03.2024 [14:11]