İDMAN


“İnter”–“Fola” matçının hakimləri müəyyənləşib

Bakı, 10 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” (Bakı)–“Fola” (Lüksemburq) matçının hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, UEFA ilk qarşılaşmanı israilli hakimlər briqadasına həvalə edib.

İyulun 12-də keçiriləcək görüşün baş hakimi Eytan Şmuelevits olacaq. Ona həmyerliləri Nissan Davidu və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.

Qeyd edək ki, “İnter”–“Fola” görüşü “Dalğa Arena”da saat 20:00-da start götürəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.